Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana Hindistan və Pakistandan axın başlayıb - SƏYAHƏTÇİLƏRİN SAYINDA BÖYÜK ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana Hindistan və Pakistandan axın başlayıb - SƏYAHƏTÇİLƏRİN SAYINDA BÖYÜK ARTIM

Bu ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub.

 

Dövlət Turizm Agentliyindən "Marja"ya bildirilib ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım deməkdir. Belə ki, bu regiondan Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən olan səyahətçilər üstünlük təşkil edib. Yanvar-oktyabr ayları ərzində ölkəmizə gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3 faiz artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31 faizini təşkil edib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır.

 

10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1 faiz təşkil edərək səyahətçilərin sayı isə 2 milyon 277 mindən 2 milyon 416 minə çatıb.

20.11.2018 14:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ