Mobil manşet üstü reklam-3_21

Tramp: ABŞ, Səudiyyə Ərəbistanla sarsılmaz ortaqlığını davam etdirmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: ABŞ, Səudiyyə Ərəbistanla sarsılmaz ortaqlığını davam etdirmək istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, Cemal Kaşıkçı cinayətinə dair önəmli açıqlamalar verib. Tramp, "Faciəli hadisə ilə əlaqədar Vəliəhd Şahzadə məlumatlı olmuş, bəlkə də olmamışdır" ifadələrini istifadə edib.


 

ABŞ Prezidenti Donald Tramp, ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrinə dair yazılı açıqlama verib. "Marja" xəbər verir ki, açıqlamada  iki ölkənin ticarət münasibətlərinə diqqət çəkən Tramp, Vaşinqton və Ər-riyad arasında rekord səviyyədə investisiya müqavilələri bağlandığına işarə edib.
 

Kaşıkçı cinayətini "bərbad" ifadəsilə xarakterizə edən Tramp, açıqlamada, ABŞ-ın bu cinayətə qarşı sərt addımlar atdığını qeyd edib.
 

"Müstəqil araşdırmalar nəticəsində bu dəhşətli cinayət haqqında çox detalı bilirik", - ifadələrini işlədən Tramp, bunları qeyd edib:
 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

"Səudiyyə Ərəbistanı rəsmiləri, Kaşıkçını "dövlət düşməni" və "İhvancı" (müxalif təşkilatın üzvü) şəklində xarakterizə edir, amma bizim bu qəbuledilməz qətl məsələsindəki qərarlarımızda bu iddialar rol oynamadı. Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salman, Kaşıkç cinayətinin işlənməsi, ya da planlaşdırılması barədə məlumatlarının olduğunu sərt bir şəkildə rədd edir. Bizim kəşfiyyatımız məlumatları toplamağa davam edir. Vəliəhd Şahzadə bu faciəli hadisə haqqında əvvəlcədən bəlkə məlumatlı olmuş, bəlkə də olmamışdır".
 

"SƏUDİYYƏ İRANA QARŞI MÜBARİZƏDƏ MÜHÜM MÜTTƏFİQDİR"
 

Tramp açıqlamasında, "Bunlarla yanaşı, Kaşıkçı cinayəti haqqında heç vaxt tam olaraq fikir sahibi ola bilmərik", - ifadəsinə yer verərək, Səudiyyə Ərəbistanının İrana qarşı mübarizədə mühüm müttəfiq olduğunu bildirib.
 

"ABŞ Səudiyyə Ərəbistanla sarsılmaz ortaqlığını davam etdirmək istəyir", -mesajını verən Tramp, bu ifadələri işlədib:
 

"Konqres üzvləri arasında, siyasi və ya başqa səbəblərə görə fərqli bir istiqamətə doğru getmək istəyənlər var və bunu etməkdə sərbəstdirlər. ABŞ-ın təhlükəsizliyi ilə eyni istiqamətdə olduğu halda mənə təqdim olunan bütün fikirləri dəyərləndirəcəm. ABŞ-dan sonra Səudiyyə Ərəbistanı ən çox neft ixrac edən ölkədir. Bizimlə yaxın bir şəkildə çalışdılar və neft qiymətlərinin aşağı salınması istəyimə qarşılıq verdilər, bu dünya üçün vacib idi. ABŞ Prezidenti olaraq bu çox təhlükəli dünyada Amerikanın milli təhlükəsizliyini təmin etməyə və bizə zərər vermək istəyən ölkələrə qarşı dayanmaq niyyətim var. Ən sadə şəkildə desək, ilk əvvəl Amerika".

21.11.2018 04:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ