Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Keçmiş bankir şantaj edir – "ƏLİMDƏ SİYAHI VAR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Keçmiş bankir şantaj edir – "ƏLİMDƏ SİYAHI VAR"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda uzun müddət bank sədri işləmiş, «Nikoyl» bankın keçmiş rəhbəri Vasili Xamaza Azərbaycanın bank sektorunda və məhkəmələrdəki vəziyyət, burada qarşılaşdığı problemlər və ölkədən getməsinin səbəbləri barədə Rusiya mətbuatına müsahibə verib.

 

Reklam_3_11

2005-2016-cı illərdə «Nikoyl Bank»a rəhbərlik etmiş Xamaza iddia edib ki, bank kreditlərinin əksəriyyəti rüşvət müqabilində verilir. O hətta özünə rüşvət verilməsi və bundan imtina etməsi barədə hadisəni də təsvir edib: «Məndən 200 min dollar kredit istəyən şəxs bunun müqabilində masanın üstünə 30-40 min dollar qoydu. Mən əlbəttə ki, onu qovdum».

 

Bankir bildirib ki, ölkədə yeni gəldiyi dövrdə rüşvətxorluq geniş yayılmışdı: «demək olar ki, hamı zərfdə maaş alırdı və bu heç kimi  təəccübləndirmirdi». Keçmiş bankirin sözlərinə görə, banklar özləri də məhkəmələrin onların xeyrinə qərar çıxarması üçün rüşvət verirdilər: «Hətta bankların xeyrinə olan işləri udmağa görə də pul vermək lazım idi. İcra sistemində də eyni vəziyyət idi. Burada da məhkəmə hökmünü icra etmək üçün rüşvət tələb olunurdu».

 

Keçmiş bankir bankın fəaliyyətinə verilən müxtəlif icazələr üçün də «şirinlik» tələb olunduğunu bildirir: «2007-ci ildə qonşu ölkələrdən birinin mərkəzi bankından iri depozit cəlb etdim, hər ehtimala qarşı bununla bağlı nəzarət edici qurumların, o cümlədən Mərkəzi Bankın da razılığını aldım, amma sonra mənə təzyiqlər başlandı, məlum oldu ki, məndən nəsə gözləyirmişlər və mən gözləntiləri doğrultmamışam”.

 

Xamaza «Nikoyl Bank»ın rəhbərliyini də ittiham edib: «Belə halları görəndə Müşahidə Şurasının sədrinin üstünə qaçdım, mənə dedi ki, ödəmək lazımdır, yoxsa işləyə bilməyəcəksən».

 

Bununla yanaşı, Xamaza deyib ki, 2008-2009-cu illərdə vəziyyət dəyişib, bütün «qara» maaşlar, zərflərdə verilən pullar ləğv edilib. Amma bu dövlət işində çalışan məmurlarla yanaşı, banklara da problem yaradıb: «Zərflərin ləğvi nəticəsində bankların istehlak kreditləşməsi iflic oldu, çünki rəsmi maaşlar kredit götürmək üçün kifayət etmirdi. Rəsmi maaşı 300 dollar olan məmur 2 min dollara yaxın zərfdə maaş alırdı və bu pulla krediti qaytara bilirdi. Nəticədə məişət əşyaları və avtomobillərin satışı azaldı».

 

Xamaza iddia edir ki, zərf maaşları ləğv ediləndən sonra məhkəmədə işləri həll etmək üçün «şirinliyin məbləği» artıb, bu da bankların xərcini yüksəldib: «İndiyədək 1000 dollara «həll olunan» işlər 3000 dollara qalxdı, icra qurumları da «qiymətləri artırdı».

 

Bununla yanaşı, bankir bildirir ki, ölkə rəhbərliyi bu sahədəki mənfi halları aradan qaldırmaq əzmindədir.

 

Xamaza bildirib ki, 2015-ci ildə neftin qiymətinin azalması ilə Azərbaycanda iqtisadi vəziyyət dəyişib, bir neçə bank müflis olub, əmanətçilər pullarını banklardan götürməyə başlayıblar. Onun sözlərinə görə, «Nikoyl bank» əmanətçilərin pullarını qaytarmaq üçün Avropa, Yaxın Şərq və Rusiyadan vəsaitlər cəlb edib. Manatın devalvasiyasından sonra banklarda problemli borcların məbləği kəskin artıb: «Passivlərimizin 60% dollarda olduğunu nəzərə alsaq, bizdə də problemli borclar artmışdı».

 

Xamaza deyir ki, hətta bu vəziyyətdə də bankın problemlərini uğurla həll edirmiş, ona görə də işdən azad edilməsi onun üçün gözlənilməz olub.

 

Bankirin sözlərindən məlum olur ki, hər şey 2016-cı ilin fevralında, onun bankın əsas səhmdarı ilə («Lukoyl»un sahibi Vahid Ələkbərovla) görüşündən başlayıb. Görüşdə əsas səhmdar ondan hər hansı probleminin olub-olmaması ilə maraqlanıb.

 

«Mən bilirdim ki, onun ciddi təhlükəsizlik xidməti var və o çox məlumatlı adamdır, ona görə də gizlətməyə çəkindim».

 

Xamaza deyir ki, həmin vaxt onun Vahid Ələkbərovun yaxın dostu, eləcə də bankın kiçik səhmdarı olan şəxslə problemi varmış: «Həmin adamın mənə 5 milyon dollar, faizləri nəzərə aldıqda isə ümumiyyətlə 9 milyon dollar borcu vardı, amma qarşı tərəf pulu qaytarmırdı. Mən bu barədə əsas səhmdara məlumat verdim və o bundan çox hiddətləndi, köməkçisinə dedi ki, bu məsələni ona xatırlatsın».

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Amma vəziyyət düzəlməyib, əksinə pisləşib: «Mənə borclu olan şəxs 2-3 gündən sonra zəng edib məni  məhv edəcəyini bildirdi. Mən bu barədə dərhal əsas səhmdarın nümayəndəsinə məlumat versəm də təsiri olmadı, iyun ayında bankdakı işimdən kənarlaşdırıldım».

 

Bankir iddia edir ki, işdən ayrılanda  «Nikoyl Bank»dakı pullarını da götürə bilməyib. «Mənim bankda 500 min dolların vardı, 100 minini götürdüm, amma dedilər ki, bankda pula ehtiyac var, ona görə də saxladım. Sonra isə bütün bu pullara həbs qoyuldu».

 

Bankir Azərbaycanda üzləşdiyi məhkəmə prosesi barədə də danışıb. Qeyd edək ki, Xamazanı «Nikoyl Bank» məhkəməyə verib. «Sizi nəyə görə məhkəməyə verdilər» sualına Xamaza cavab verib ki, «bankda vaxtı keçmiş kreditlərin olmasına və rüşvət kimi verilmiş vəsaitlərə görə. Belə çıxdı ki, həmin pulları mən oğurlamışam, halbuki kreditin ayrılması barədə qərar bir neçə mərhələdə qəbul edilir, idarə heyətinin sədri olaraq bu qərarı tək verə bilməzdim».  Xamazanın sözlərinə görə, bank hətta girov təminatı olan kreditlərin də müştərilər tərəfindən deyil, onun  tərəfindən qaytarılmasını tələb edib.

 

Keçmiş bankir Azərbaycanda məhkəmədə işinə obyektiv baxılmadığını iddia edib, bildirib ki, hakimlərin ona qarşı bütün qərarları korrupsiya ilə əlaqədardır. Hərçənd onu da etiraf edib ki, bir neçə dəfə məhkəmə onun xeyrinə qərar çıxarıb. Başqa sözlə, bankı yalnız onun əleyhinə verilən qərarları düzgün saymayıb. Yeri gəlmişkən, Vasili Xamaza ilə bağlı İnterpolun xətti ilə də axtarış verilib.

 

Bundan sonra, keçmiş bankir əlindəki gizli məluatları açıqlayacağı ilə bağlı açıq-aşkar şantaja başlayıb. Müxbirin «Siz deyirdiniz ki, sizdə bankın rüşvət verdiyi şəxslərin siyahısı var. Həmin siyahını dərc etmək fikriniz varmı?» sualına Xamaza cavab verir ki, «Bu çox gizli məlumatdır, hansı ki mən heç vaxt açmaq fikrində deyildim. Hərçənd bilmirsən ki, çıxılmaz vəziyyətdə olan insan nə edə bilər. Məni saxlayan, yalnız Azərbaycana olan məhəbbətdir».

 

Bankir bildirib ki, düşdüyü vəziyyətlə bağlı ölkə rəhbərliyinə müraciət etsə də, yazdığı məktub ünvanına çatmayıb: «Çalışacam, bunu yaxın ətrafın köməkliyi ilə edim, buna imkanım var».

 

Paralel olaraq bankir Ali Məhkəmədə baxılacaq işə hazırlaşır: «Bu da son instansiya deyil, hələ Konstitusiya məhkəməsi və Avropa insan haqları məhkəməsi də var».

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© FED

21.11.2018 05:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ