Azərbaycanın reklam bazarında tanınmış şirkəti olan "GAP MEDİA" bağlandığını elan edib.
"Vergilər" qəzetində verilən məlumata görə, "GAP MEDİA" MMC (VÖEN 1701522481) bağlandığını elan edib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Elana görə, kreditorlar şirkətə qarşı tələblərini qarşıdakı iki ay ərzində Bakı şəhər, Səbail rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 11, mənzil 43 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "GAP MEDİA" ilə yanaşı, "GAP STUDİO" da bağlandığını elan edib və kreditorların tələblərini həmin ünvanda gözləyir.
Qeyd edək ki, "GAP MEDİA" ölkənin bir sıra iri xəbər portarlarının reklam yerlərinin satışı ilə məşğul olurdu. Sonradan saytlar bu işi "New Media" şirkətinə həvalə ediblər.