Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AtaBank-dan şəhid ailələrinə diqqət - KOMİSSİYA GERİ QAYTARILACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
AtaBank-dan şəhid ailələrinə diqqət - KOMİSSİYA GERİ QAYTARILACAQ

Azərbaycan Respublikasının Prezidentinin  imzaladığı Fərmana  əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə fərmanla müəyyənləşdirilmiş qaydada 11 000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.

 

Reklam_3_11

Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

 

Qeyd edilən vəsaitin hesabdan məxarici zamanı AtaBank tərəfindən komissiya tətbiq edilməyəcək:

 

“Yəni müştəri köçürmə yolu ilə daxil olan vəsaiti tam şəkildə 11 000 AZN məbləğində məxaric edə biləcək.

 

Müraciət edən müştərilərə cari hesab açılır. Kart hesabı açıldığı təqdirdə, köçürmə yolu ilə vəsait daxil olduqda komissiyanın avtomatik tutulmasını nəzərə alaraq komissiya məbləği geri qaytarılacaq”,- Bankdan “Marja”ya bildirilib.

 

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

21.11.2018 07:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ