Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Məşhur treyderə görə neft bahalaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur treyderə görə neft bahalaşacaq

Məşhur neft treyderi Andy Hall-a görə, neft qiymətləri yüksəlməyə hazırlaşır və böyük bir ehtimalla OPEC  ehtiyatların "şişməsi" ilə əlaqədar olaraq gələcək bir-iki ay ərzində hasilatın azaldılmasını yenidən tətbiq edəcəkdır.
 

"Marja" xəbər verir ki, Hall proqnozunu "Orbital Insight Inc" şirkətinin məlumatlarına əsaslandırıb. Bu şirkət qlobal neft ehtiyatlarının səviyyəsini izləmək üçün peyk görüntülərini istifadə edir. Məlumata görə, OPEC, Avropa və ABŞ-ın neft ehtiyatları ötən aylarda kəskin şəkildə yüksəlib.
 
 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Məşhur treyder, "OPEC-in gələcək bir- iki ay ərzində hasilatı azaldacağı böyük bir ehtimaldır" deyib.

 

ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ötən həftə xam neft ehtiyatları 1.55 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların da ehtiyatların həmin dövrdə artdığını göstərməsi gözlənilir.

 

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp, OPEC-in hasilatı azaltmaq planlarına dair suala cavabında,  qiymətlərin aşağı salınması müraciətinə Səudiyyə Ərəbistanının "çox istəkli" cavab verdiyini söyləyib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qərbi Texas nefti (WTI) 7% ucuzlaşaraq barelinin qiyməti 52,83 dollar, Brent nefti barelinin qiyməti isə 6% azalma ilə 61.76 dollar səviyyəsini görüb. Sonradan qiymətlər cüzi yüksəlib. 

21.11.2018 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ