Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İntensiv yağış və qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
İntensiv yağış və qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

 

Azərbaycanın rayonlarında noyabrın 22-də arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

 

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

21.11.2018 09:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ