BP Azərbaycanda daha bir əməliyyatın operatoru olacaq
2019-cu ilin ikinci yarısında “Qobustan” perspektiv strukturunda geoloji-kəşfiyyat quyusu qazılacaq.
Bu barədə "Marja"ya “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi (HPBS) ərazisindən əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşıb. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.
Cari ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ildə aparılması planlaşdırılır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.
BP şirkəti bir müddət əvvəl Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində 61 faiz iştirak payı əldə edib. Bu sövdələşmənin bir hissəsi olaraq BP həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək məqsədilə bir geoloji-kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
8 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
10 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl