Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

TANAP və TAP birləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
TANAP və TAP birləşdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Kəməri (TANAP), dəhlizin Avropa hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində  qaynaqlanaraq birləşdirilib.



 
TANAP və TAP şirkətlərindən verilən məlumata görə, Cənub Qaz Dəhlizində mühüm bir mərhələ  də həyata keçirilib.
 

Dəhlizin ən böyük hissəsini təşkil edən və Türkiyə ərazilərində 20 rayon və 67 rayondan keçərək 1850 kilometr uzunluğa çatan TANAP, Şah Dəniz 2 yatağından Avropaya qaz təminatını təmin edəcək TAP-a birləşdirilib.
 

İki boru kəmərini birləşdirən "qızıl qaynaq" TANAP və TAP-ın nümayəndələrinin nəzarətində Türkiyə-Yunanıstan sərhədindəki Meriç Çayı sahilində aparılıb.
 

TANAP-ın ilk hissəsi  iyun ayında Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə istifadəyə verilmişdi.
 

TANAP-ın nəql gücü 16 milyard kubmetrdir. Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmeti Avropaya nəql ediləcək. 
 

550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik Dənizindən və 8 kilometri İtaliyadan keçəcək və ümumi uzunluğu 878 kilometr olan TAP, TANAP və Cənubi Qafqaz Qaz Kəməri (SCP) ilə Cənub Qaz Dəhlizini təşkil edir.

21.11.2018 12:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ