“Saudi Aramco” Çinin 5 şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Çinin 5 şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb.

 

Bu barədə “Saudi Aramco” məlumat yayıb. Bildirilir ki, şirkət Çinin 5 şirkəti ilə neft razılaşması imzalayıb. Bu müqavilələrdən sonra “Aramco”nun Çinə neft tədarükü 2019-cu ildə gündəlik 1,67 milyon barrel olacaq.

 

Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Azərtac

21 Noyabr 2018 , 16:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin