Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Turizm və qonaqpərvərlik sahəsində ilk əmək yarmarkası keçiriləcək.

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm və qonaqpərvərlik sahəsində ilk əmək yarmarkası keçiriləcək.
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

24 noyabrda DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası keçiriləcək.

 

Reklam_3_11

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır.

 

Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.

 

Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 270-dən artıq vakansiya elan ediləcək.

 

İştirakçılar sırasında "KFC", "Saffron Restaurant Group", "Gilan Hospitality", "Absheron Hotel Group", "145 Restaurant Group", "JW Marriott Absheron Hotel", "Hyatt Regency Baku Hotel", "Four Seasons Hotel Baku", "MyBrands", "Pullman Hotel Baku", "New Era Travel", "Baku Hospitality Group", "Rama Service" , "PASHA Travel" və digər şirkətlər təmsil olunurlar.

 

Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, "Logix", "Kaffadan", "Xonca Kitchen", "Nova.Net" şirkətləri çıxış edirlər.

 

Tədbir 24 noyabrda saat 10:00-dan 15:00-dək Bakı Biznes Mərkəzində keçiriləcək.

 

Ünvan: Bakı Dənizkənarı Milli Parkı, Neftçilər pr., 44

24.11.2018-ci il tarixində saat 10.00-da tədbirin açılış mərasiminə media qurumları dəvətlidir.

21.11.2018 13:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ