Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palata növbəti dəfə lisenziyalar ləğv etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata növbəti dəfə lisenziyalar ləğv etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 10 nəfər sığorta agentinin lisenziyası ləğv edilib, 3 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.

 

Bu barədə “Marja” Palataya istinadən xəbər verir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 (üç) ay müddətinə dayandırılmışdı. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları İdarə Heyətinin qərarı ilə ləğv edilmişdir.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Bundan əlavə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən, Məmmədova Xəyalə Rafiq qızı və Rzayev Rəşad Rabil oğlunun könüllü müraciətləri əsasında sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar İdarə Heyətinin qərarı ilə ləğv edilmişdir.

 

Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Məmmədov Alim Xalid oğlu, Səfərova Validə Fətulla qızı və Nemətli Mehdi Nemət oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilmişdir. 

21.11.2018 14:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ