Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AzRe: Kənd təsərüfatı sığortasının təkrarsığortalanmasında heç bir çətinlik olmayacaqdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AzRe: Kənd təsərüfatı sığortasının təkrarsığortalanmasında heç bir çətinlik olmayacaqdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub.

 

Görüşdə Birliyin rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı sığortası ilə məşğul olan sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Görüş Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkətinin təqdimatına əsaslanıb və görüşdə çıxış edən “AzRe Təkrarsığorta” şirkətinin sədr müavini Vüsal Abbasov bildirib ki,  bundan sonra kənd təsərüfatı sığortasının təkrarsığortalanması sahəsində heç bir çətinlik olmayacaqdır. Belə ki əvvəllər könüllü kənd təsərrüfatı sığortasında təkrarsığorta problemləri olduğuna görə sığorta şirkətləri bu sahədə satışın həyata keçirilməsində ciddi problemlə üzləşirdilər. Hazırda “AzRe Təkrarsığorta” şirkəti bu sahədə Saziş imzalanması ilə mövcud problemin aradan qaldırılması və bununla da, sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.

 

Göstərilən təqdimatda sığorta şirkətləri kənd təsərrüfatı sığortasının hansı şərtlər əsasında təkrarsığortalanması, verilən təminatlar, təminatın növləri, müqavilə şərtləri, zərərin tənzimlənməsi, sığorta ödənişi və məbləği, minimum tariflər və ümumilikdə, “AzRe Təkrarsığorta” şirkətinin buna dair təklifləri barədə məlumat verilib.

21.11.2018 14:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ