“Samsung” 6 kameralı smartfonunu təqdim edəcək
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti gələn il “Galaxy S10” smartfonunu 4 variantda (o cümlədən 6 kamera və böyüdülmüş ekrana malik) təqdim etmək niyyətindədir. Bu haqda ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat verib.
Qəzetin mənbələrinin sözlərinə görə, şirkət “Samsung Galaxy” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, “Galaxy S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq. “Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düymlük diaqonala malik displeylə təchiz ediləcək.
Qəzetin məlumatına görə, “Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək “5G” beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 48 d. əvvəl
-
53 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl