Mobil manşet üstü reklam_21

Rusiya Mərkəzi Bankı: Neft qiymətləri 35 dollara düşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Mərkəzi Bankı: Neft qiymətləri 35 dollara düşə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, risk ssenarisinə görə, 2019-cu ildə neft qiymətlərinin 35 dollar/barrelə  qədər düşəcəyini bildirərək, "Bunun baş verməsi halında, sanksiyaların da təsirilə Rusiya iqtisadiyyatı 2019-də durğunluğa girə bilər" deyib.



"Marja" xəbər verir ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, Rusiya parlamentinin alt qanadı Dumada çıxışında, Rusiya iqtisadiyyatına dair hazırlanan müxtəlif proqnoz ssenarilərini açıqlayıb.
 

Reklam_3_11

Neft qiymətlərinin 2019-da 55 dollar səviyyəsinə düşməsini, ən mümkün ssenari kimi qiymətləndirdiklərini bildirən Nabiullina, "Bu halda Rusiya iqtisadiyyatının artım nisbəti 2019-da 1,1% -1,7% civarına geriləyər",- deyib.
 

Nabiullina, neftin qiymətininin 75 dollar ətrafında qalmasına dair ehtimalları da istifadə etdiklərini dilə gətirərək, "Neft qiymətlərinin nisbətən yüksək olması büdcəni rahatlaşdıracaqdır. İqtisadi artım sürətini isə 2019-da 1,5% - 2% civarına qaldıracaqdır",- ifadəsini istifadə edib.
 

Qiymətləndirilən digər risk ssenarisində isə 2019-da neft qiymətlərinin 35 dollara qədər düşə biləcəyinə diqqəti çəkən Nabiullina, "Risk ssenarisinə görə, neft qiymətləri 35 dollara düşə bilər. Bu dəqiq proqnoz deyil, ancaq belə mənfi bir inkişafdan sonra hansı durumda olacağımızı dərk etməyimiz lazımdır. Bunun reallaşması halında, sanksiyaların da təsirilə Rusiya iqtisadiyyatı 2019-da durğunluğa girəcəkdir", şəklində danışıb.
 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Nabiullina, ölkədə inflyasiya risklərinin davam etdiyinə işarə edərək, siyasət faizində gələn ilin sonuna doğru azalma ola biləcəyini qeyd edib.
 

Rusiya Mərkəzi Bankının Araşdırma və Proqnoz Departamentinin Direktoru Aleksandr Morozov da dünən verdiyi açıqlamada, ölkə iqtisadiyyatına yönələn xarici şokların təsirini yüngülləşdirmək üçün lazımlı alətlərə malik olduqlarını bildirmişdi.

21.11.2018 18:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ