Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıda devalvasiyanın vurduğu mikromaliyyənin xilası yollarının müzakirəsi başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda devalvasiyanın vurduğu mikromaliyyənin xilası yollarının müzakirəsi başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda “Pulman” mehmanxanasında 9-cu Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.

 

“Marja” xəbər verir ki, konfransın açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Asəf oğlu Zülfüqarov, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Avropa İttifaqı Nümayəndəliyinin Azərbayan üzrə rəhbəri Simone Haeberli, İsveçrə Əməkdaşlıq Ofisinin regional direktor müavini və İsveçrə hökumətinin Azərbaycan üzrə Missiya rəhbərinin müavini Kestutis Jankauskas və Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə Hacıyeva çıxış ediblər.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Konfransda “Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər: Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı? Dayanıqlı mikrosahibkarlığının inkişafının sürətləndirilməsi”,  “Tənzimləyici orqanlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər?”, “Bank və Qeyri Bank Sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma”, “Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar”, “Azərbaycan Respublikasında kənd təsərrüfatının maliyyələşməsi: İmkanlar və Perspektivlər” və “Mikromaliyyə Təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri” mövzularında müzakirələr aparılacaqdır.

 

Konfransın Açılışı ilə bərabər, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan regionlarında dayanıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihəsinin rəsmi açılışıda baş tutub.

 

Qeyd edək ki, Azərbaycandakı devalvasiyalar əksər mikromaliyyə təşkilatının çətin vəziyyətə salıb. Bank olmayan kredit təşkilatlarında problemli kreditlər artmış, böyük zərərlər yaranmışdır.

22.11.2018 07:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ