Ən yuxarı statik reklam_3

Amerika fond indeksləri diqqət mərkəzində - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amerika fond indeksləri diqqət mərkəzində - GÜNƏ BAXIŞ

Beynəlxalq birjalarda fond indekslərinin yenidən bahalaşmaları, Amerika Mərkəzi Bankının faiz artımı fonunda gözləntiləri yenidən artırıb.

 

Beynəlxalq valyuta birjalarında son bir aydır Amerika və Avropa birjalarında ucuzlaşan fond indeksləri fonunda risklər investorların diqqət mərkəzində qalmaqdadır. Bu, son zamanlar Amerika Mərkəzi Bankının faiz artımı gözləntilərinin zəifləməsinə və beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına təsir etmişdir.


 

Lakin çərşənbə günü fond indeksləri yenidən bahalaşmağa başlayıb və bahalaşma bu gün də davam edərsə, dolların aparıcı valyutalara nisbətən qiymətləri də 0.7% bahalaşmasına təsir edə bilər.


 

Amerikanın səhm indeksləri "S&P500" və Dou Consun (ing.: "Dow Jones") noyabr ayının ortalarından etibarən ucuzlaşmaları, dünya birjalarında ticarət aktivliyinin azalmasına səbəb olmuşdur. Belə ki, "S&P500" və Dou Consun müvafiq olaraq 2700 və 25074 punktu aşağı istiqamətdə qırmaları, sözügedən qiymətlərin daha da ucuzlaşa biləcəyi proqnozlarını gücləndirmişdir. Bundan sonra qiymətlər müvafiq olaraq 2631 və 24358 səviyyələrinə kimi ucuzlaşsa da çərşənbə günündən etibarən yenidən bahalaşmağa başlayıb. 


 

Hal-hazırda "S&P500" indeksi 2851, Dou Cons indeksi isə 24500 punkta ticarət edilir. Təhlillərə əsasən, "S&P500" indeksi 2671 və Dou Cons indeksi 24661 punktu da yuxarı istiqamətdə qırarsa, bahalaşma daha da güclənə bilər. 


 

EUR/USD məzənnəsi 1.14$-ın altında və USD/TRY məzənnəsi 5.32TL-yə ticarət edilməkdədir. Əmtəə bazarlarında isə Brentneftinin bir barel qiyməti 63$, qızılın bir unsiya üzrə qiyməti 1227$-a təklif edilməkdədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

22.11.2018 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ