Azərbaycan banklarından biri adını dəyişir - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, “Bank Silk Vey” ASC bu ənənəyə sadiq qalaraq növbəti yeniliyə addım atmış, adının dəyişdirilməsinə qərar vermişdir. Belə ki, “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirir.
Bankın Müşahidə Şurasının Sədri cənab Elçin Əhmədov "Marja"ya bu barədə açıqlama verərək bildirdi ki, hər zaman əsas prioriteti keyfiyyətli xidmət, müştəri məmnuniyyəti və yeniliklərə inteqrasiya etmək olan “Bank Silk Vey” ASC-nin bu addımı da onun daim inkişafda olmasının bariz nümunəsidir:
"Uzun müddət fəaliyyət istiqamətinin bilavasitə nəqliyyat sektoruna yönəlməsinə baxmayaraq bankımız, son illərdə təqdirəlayiq xidmət və yeni məhsulları ilə geniş müştəri kütləsinin ürəyini fəth etmiş, “Bizimlə Güvənlidir” şüarı altında özünəməxsus yerini qazanmışdır. Bütün bu hallar da sağlam və işgüzar komanda ilə çalışan Bank rəhbərliyinin özünə olan inamını artırmış, Bankın, dünya bankları, maliyyə sektorları sıralarında yeni ad altında addımlamasına və əməkdaşlığını davam etdirməsinə təkan vermişdir. Biz əminik ki, yeni adımız xidmət və rentabellik səviyyəmizin inkişafına, çoxşaxəli partnyorluq əlaqələrinin qurulmasına, işgüzar nüfuzumuzun artırılmasına, maliyyə potensialımızın güclənməsinə öz töhfəsini verəcək və bizim müştərilərimizə “Bizimlə daha da Güvənli” olacaqdır".
Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.
14:03 XXX
“Bank Silk Vey” ASC müştərilərinə müraciət edib.
Müraciətdə bildirilir ki, sabahdan etibarən bankın adı dəyişdiriləcək "Premium Bank" ASC olacaq.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
22 d. əvvəl
Kənd təssərüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 25 d. əvvəl
-
56 d. əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 1 saat əvvəl
-
3 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
3 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 4 saat əvvəl