Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Bank Silk Vey”in adının dəyişdirilməsinin səbəbi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Bank Silk Vey”in adının dəyişdirilməsinin səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, “Bank Silk Vey” ASC bu ənənəyə sadiq qalaraq növbəti yeniliyə addım atmış, adının dəyişdirilməsinə qərar vermişdir. Belə ki, “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti  adı altında fəaliyyətini davam etdirir.

 

Bankın Müşahidə Şurasının Sədri cənab Elçin Əhmədov "Marja"ya bu barədə açıqlama verərək bildirdi ki, hər zaman əsas prioriteti keyfiyyətli xidmət, müştəri məmnuniyyəti və yeniliklərə inteqrasiya etmək olan “Bank Silk Vey” ASC-nin bu addımı da  onun daim inkişafda olmasının bariz nümunəsidir:

 

"Uzun müddət fəaliyyət istiqamətinin bilavasitə nəqliyyat sektoruna yönəlməsinə baxmayaraq bankımız, son illərdə təqdirəlayiq xidmət və yeni məhsulları ilə geniş müştəri kütləsinin ürəyini fəth etmiş, “Bizimlə Güvənlidir” şüarı altında özünəməxsus yerini qazanmışdır. Bütün bu hallar da sağlam və işgüzar komanda ilə çalışan Bank rəhbərliyinin özünə olan inamını artırmış, Bankın, dünya bankları, maliyyə sektorları sıralarında yeni ad altında addımlamasına və əməkdaşlığını davam etdirməsinə təkan vermişdir. Biz əminik ki, yeni adımız xidmət və rentabellik səviyyəmizin inkişafına, çoxşaxəli partnyorluq əlaqələrinin qurulmasına, işgüzar nüfuzumuzun artırılmasına, maliyyə potensialımızın güclənməsinə öz töhfəsini verəcək və bizim müştərilərimizə “Bizimlə daha da Güvənli” olacaqdır".

 

Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.

22.11.2018 11:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ