Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatını qiymətləndirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatını qiymətləndirdi

 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 0,1%-lik artımdan sonra bu ilin 9 ayında 0,8% artıb.

 

“Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft sektorunda artım 1% təşkil edib.

 

Agentliyin mütəxəssisləri qeyd edib ki, 2017-ci ilin sonuna 12,9%-lik inflyasiya əhəmiyyətli dərəcədə azalaraq bu ilin oktyabrın sonuna 2,4% təşkil edib.

 

“Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay uçot dərəcəsini 9,75%-ə qədər azaldıb. Ümumiyyətlə il ərzində bu göstərici 5,25% azalıb. Sentyabrın sonuna Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2017-ci ilin sonuna 36 milyard ABŞ dollarından 39 milyard ABŞ dollara qədər artıb. Bu göstəricilər Azərbaycan iqtisadiyyatında artımın tədricən bərpa olunduğunu təsdiq edir”, - deyə məlumatda vurğulanıb.

 

“Fitch”in qiymətləndirmələrinə görə, bu amillər qeyri-neft sektoruna sərmayələrin artmasına və pul-kredit siyasətinin yumşaldılmasına imkan verib: “Bizim fikrimizcə, bank sektorunda dollarlaşmanın səviyyəsinin azalmasına baxmayaraq hələ də bu göstərici yüksək olaraq qalır ki, bu da pul-kredit siyasətinin effektliliyini məhdudlaşdırır. İnflyasiyanın hədəflənməsi rejiminə keçidə gəlincə, bu, ortamüddətli hədəf olaraq qalır”.

 

Agentliyin mütəxəssisləri hesab edir ki, yeni büdcə qaydaları xərclərin maksimum həddini müəyyənləşdirməklə ehtiyatlı maliyyə siyasətini özündə ehtiva edir.

 

Xatırladaq ki, bu ilin iyulunda “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxaraq reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq edib.  

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

© Report

22.11.2018 12:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ