Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycandan Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq”.

 

Bunu Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze Marneulidə yerli sakinlərlə görüşdə deyib.

 

O bildirib ki, hazırda bu yolu qət etmək üçün 8 saat vaxt tələb olunur: “Həyata keçiriləcək infrastruktur layihə çərçivəsində 4 zolaqlı müasir standartlara cavab verən yol inşa olunacaq”.

 

İ.Karseladze bu yaxınlarda Bakıda olduğunu və Azərbaycanda avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini bildirib: “Azərbaycanlı həmkarlarımız “Sınıq körpü” sərhəd məntəqəsindən Türkiyə sərhədinə qədər olan yeni yolun inşası layihəsini yüksək qiymətləndiriblər. Bu layihə yalnız Gürcüstan üçün deyil, region üçün də çox önəmlidir”.

 

Nazir müavini qeyd edib ki, layihə çərçivəsində Şərq-Qərb avtomagistralının Xevi-Ubisa yol hissəsinin inşası ilə bağlı bu günlərdə müqavilə imzalanıb. 12,2 kilometrlik yol hissəsinin inşası üçün Asiya İnkişaf Bankı Gürcüstana 255,2 mln. avrodan çox kredit ayırıb.

 

Qeyd edək ki, Şərq-Qərb avtoban layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması planlaşdırılır. 

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Report

22.11.2018 13:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ