Ən yuxarı statik reklam_3

ABŞ-ın neft ehtiyatları son bir ilin ən yüksək səviyyəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft ehtiyatları son bir ilin ən yüksək səviyyəsində

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,9 milyon barel (1,1 faiz) artımla 446,9 milyon barelə çıxdığını açıqlayıb. Beləliklə, ölkənin kommersiya məqsədli xam neft ehtiyatları 2017-ci ilin Dekabr ayından bu yanağı ən yüksək səviyyəsinə çatıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,5 milyon barrel artacağı istiqamətində isi. Xam neft ehtiyatları ötən həftə 10,3 milyon barrel artmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,8 milyon barrel (0,1 faiz) azalaraq 652,6 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 1,3 milyon barrel (0,6 faiz) azalaraq 225,3 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,2 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,4 milyon barel azalmışdı.
 
 
ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 102 min barel artımla 7,55 milyon barelə çatarkən, ixracı isə gündəlik orta hesabla 81 min barrel azalma ilə 1,97 milyon barrelə enib.

 

45 HƏFTƏDƏ 37 DƏFƏ ARTIB
 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 4 min barel yüksəlib.
 

Bu dövrdə gündəlik orta hesabla xam neft hasilatı Alyaska ştatında 4 min barrel artıb, digər əyalətlərdə dəyişiklik göstərməyib.
 

Beləliklə, 10-16 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,7 milyon barrel olub və ölkə tarixinin rekord səviyyəsində qalmaqda davam edib.
 

Ölkənin xam neft hasilatı son 45 həftədə 37 dəfə artmışdır.

 

EIA-nın Noyabr ayı hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel olacağı ehtimal edilir.

23.11.2018 06:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ