Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sumqayıt və Gəncədə güzəştli mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıt və Gəncədə güzəştli mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 

 

Reklam_3_11

Ötən ilin dekabrın 24-də təməli qoyulan ilk 7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin tikintisi həyata keçirilir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisinə başlanılıb. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılan bu layihə çərçivəsində 3000-ə yaxın mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksidir. Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında 15.4 hektar ərazidə yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə layihələndirmə işlərinə başlanılıb. Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işləri aparılır.

 

Xatırladaq ki, 2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.


Hazırda seçilmiş mənzillərin rəsmiləşdirilməsi prosesi aparılır. İlin sonuna qədər mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Modern

23.11.2018 06:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ