Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da "Qara Cümə" çılğınlığına soyuq da mane ola bilmədi - BAŞLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da "Qara Cümə" çılğınlığına soyuq da mane ola bilmədi - BAŞLADI

ABŞ-da alış-veriş çılğınlığı kimi səciyyələndirilən və satışlarda böyük endirimlərin edildiyi "Qara Cümə" (Black Friday) başlayıb.
 
 
"Marja" xəbər verir ki, hər il noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan "Minnətdarlıq Günü"ndən (Thanksgiving Day) sonra (cümə günü) baş tutan "Qara Cümə" satışları bu il cümə axşamından etibarən başlayıb.
 

Nyu-Cersi və Nyu-Yorkdakı mağazaların qarşısında uzun növbələr yaradan minlərlə insan, dondurucu soyuqda saatlarla satışların başlamasını gözləyib.
 

Reklam_3_11

Bəzi mağazalarda yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə 02.00), bəzilərində isə 18.00-da (Bakı vaxtı ilə 03.00) satışların başlaması ilə xalq endirimli  məhsullara hücum edib.
 

"Qara Cümə"də ən çox üstünlük verilən məhsullar yenə elektron cihazlar olub.
 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Paytaxt Vaşinqtonda da bənzər görüntülər var. Şəhərdəki böyük marketlər və pərakəndə mağazaların qarşısında uzun növbələr yaranıb.
 

ABŞ Milli Meteorologiya Mərkəzi, builki Minnətdarlıq Günündə 1901-ci ildən bu yana ən aşağı hava temperaturunun olduğunu açıqlayıb. 

23.11.2018 06:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ