Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neftin qiyməti, Azərbaycanın büdcə üçün götürdüyü səviyyədən də aşağı düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti, Azərbaycanın büdcə üçün götürdüyü səviyyədən də aşağı düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı vaxtı ilə 17:43-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 5,1% azalaraq 59,34 dollara düşüb.

 

Reklam_3_11

WTI markalı yüngül neftin qiyməti isə 6,04% azalaraq 51,33 dollar təşkil edib.

 

"Brent" neftinin bu qiyməti 2017-ci il oktyabrın 27-dən bəri ən aşağı qiymətdir.

 

XXX

 

15:00

 

Neft qiymətləri ABŞ-da neft hasilatının və ehtiyatlarının artması ilə əlaqədar olaraq düşməkdə davam edir. 

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:10-a olan məlumata görə, Brent nefti 3% ucuzlaşaraq 60.47 dolları, ABŞ xam nefti isə 3.4% ucuzalaşaraq 51.84 dolları görüb.

 

Qeyd edək ki, Azərbaycan hökuməti gələn ilin büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

 

İqtisadçılar bildirmişdilər ki, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur: "Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır",- iqtisadçı Vüqar Bayramov Facebook səhifəsində yazmışdı.

 

NEFTİN UCUZLAŞMASININ SƏBƏBLƏRİ

 

Səudiyyə Ərəbistanının, hasilatının rekord səviyyəyə qalxdığını açıqlaması neft qiymətlərinin növbəti dəfə düşməsinə səbəb olur.
 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Səudiyyənin neft hasilatının gündəlik 10.7 milyon barrelin üzərində olduğunu bildirib. Bu da rekord səviyyələrə işarə edir. Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatları ardıcıl 9-cu həftədə də yüksəlib, bu da  2017-ci ilin Mart ayından bəri ən uzunmüddətli trenddir.
 

Noyabrın 5-də ABŞ-ın bəzi ölkələri İran sanksiyalarından azad etməsi neft qiymətlərinin düşməsinə təkan vermişdir. 8 ölkə İrandan neft almaqda davam edəcək və İranın ixracı tamamilə dayanmayacaqdır.
 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Treyderlər bildirirlər ki, Trampın OPEC və Səudiyyə Ərəbistanına aşağı qiymət üçün təzyiq göstərməyə davam etməsi və ABŞ-da artan ehtiyatlar qiymətlərin düşməsinə səbəb olur. OPEC və tərəfdaşlarının hasilatın azaldılması məsələsində razılığa gəlmələri oyunu dəyişdirə bilər.

23.11.2018 12:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ