Ən yuxarı statik reklam_3

Ekspert: "OPEC neft hasilatının bir qədər azaldılması ilə bağlı qərar qəbul edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekspert: "OPEC neft hasilatının bir qədər azaldılması ilə bağlı qərar qəbul edəcək"

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) qarşıdakı görüşündə neft hasilatının azaldılmasıyla bağlı qərar qəbul ediləcəyi təqdirdə, bu fərq cüzi olacaq.

 

Bu barədə "Şərq-Qərb" Beynəlxalq Əməkdaşlıq İnstitutunun Brüssel ofisinin iqtisadi təhlükəsizlik üzrə elmi işçisi Danila Boçkaryov bildirib.

 

"Neftin qiyməti aşağı düşməkdə davam edərsə, hasilatın azaldılması barədə qərar qəbul edilməsi mümkündür, amma bu, çətin ki, Səudiyyə Ərəbistanının təklif etdiyi kimi, böyük fərq olsun", - ekspert deyib.

 

D.Boçkaryovun sözlərinə görə, görüşdə həmçinin OPEC+ anlaşmasının müddətinin uzadılmasına dair qərar veriləcək: "Bəli, OPEC+, çox güman ki, fəaliyyətini davam etdirəcək. Bu, əsasən, neft bazarının yüksək dəyişkənliyi ilə əlaqədardır, bazar meyllərinin gözlənilməz olması da OPEC+in lehinə olacaq".

 

Ekspert qeyd edib ki, neft bazarı hələ də OPEC tərəfindən formalaşır, lakin onun rolu artıq mərkəzi deyil, əsas həlledici qüvvə üç regiondur: "Bu gün üç əsas neft istehsalçısının - Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın qərarları OPEC siyasətindən daha böyük rol oynayır. Rusiyanın da daxil olduğu OPEC+ isə dünya neft bazarını sabitləşdirmək üçün yeni alətə çevrilir".

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report

23.11.2018 12:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ