Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Subsidiyaların ödənilməsinə qərar verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Subsidiyaların ödənilməsinə qərar verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

Komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçirdiyi mətbuat konfransında bildirib ki, iclasda subsidiyaların ödənilməsinə dair qərar qəbul edilərək Maliyyə Nazirliyinə göndərilib. Nazir müavininin sözlərinə görə, bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı “Aqrolizinq” və özəl şirkətlərə ümumilikdə 102 milyon manatdan çox subsidiya ödənilib.

 

 “Qəbul edilən qərar görə, “Aqrolizinq” ASC-yə ödənilməli olan vəsaitin 25 faizi, özəl şirkətlərə 51 faiz vəsaitin ödənilməsi barədə qərar qəbul edilib. Özəl şirkətlərin borclarının bağlanmasında məqsəd onların ölkəyə gübrə gətirilməsini stimullaşdırmaq, maliyyə məsələlərinin həllinə köməklik göstərməkdir. Burada əsas məqsədlərdən biri fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir. Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna böyük önəm veririk”.

 

Nazir müavini bildirib ki, əvvəllər ölkədə mineral gübrələrə tələbat o qədər də çox olmayıb: “Aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində fermerlər əkin prosesində şumaltı və qidalandırıcı gübrələrdən geniş istifadə etməyə başlayıblar ki, bu da mineral gübrələrə olan tələbatı artırıb. Ölkədə gübrəyə olan tələbat “Aqrolizinq” və özəl şirkətlər tərəfindən ödənilir. Biz hesab edirik ki, gübrə ilə təminat məsələsində özəl şirkətlər daha aktiv mövqe nümayiş etdirməlidir”.

 

Kənd Təsərrüfatı nazirliyinin ölkədə baramaçılığın inkişafına böyük önəm verdiyini deyən İlham Quliyev bildirib ki, yem bazasının formalaşdırılması məqsədilə ayın sonuna kimi Azərbaycana Çindən daha 1 milyon tut tingi gətiriləcək. Bu tinglər ixtisaslaşmış rayonlar üzrə baramaçılıqla məşğul olan fermerlər arasında bölüşdürüləcək.

 

Arıçılara subsidiyaların verilməsi ilə bağlı prosesin gedişatı haqqında məlumat verən nazir müavini qeyd edib ki, hazırda arı ailələrinin qeydiyyatı prosesi davam edir: “Hazırda arıçılar Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edərək arı ailələrini qeydiyyatdan keçirirlər. Bu prosesdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığa böyük önəm veririk. Dünən mən assosiasiyanın İdarə Heyətinin üzvləri ilə görüşdüm, 3 saatdan artıq müzakirə apardıq. Hesab edirəm ki, subsidiyaların verilməsi ilin sonuna kimi tam şəkildə başa çatdırılacaq”.

 

Mətbuat konfransında jurnalistlərin kənd təsərrüfatının müxtəlif sahələrinə dair sualları cavablandırılıb.

23.11.2018 13:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ