Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Gedik-Carçı” Elektrod Zavodunda son tamamlanma işləri görülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gedik-Carçı” Elektrod Zavodunda son tamamlanma işləri görülür

"Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən Qazaxda inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu rayonda yaradılan yeni istehsal müəssisəsidir. Xanlıqlar kəndi ərazisində tikilən yeni zavod ölkə sənayesinin inkişafı ilə yanaşı, rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov zavoda baş çəkib, görülən son tamamlanma işləri ilə tanış olub.


Rayon rəhbərinə məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.


Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.


Qeyd olunub ki, hazırda Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqların quraşdırılmasına başlanlıb.


Makina mühəndisi Murat Elyapan zavoda gətirilən avadanlıqlar və quraşdırılma mexanizmi barədə məlumat verib, bütün avadanlıqların keyfiyyətinə üstünlük verildiyini qeyd edib.


Avadanlıqlarla yaxından tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

24.11.2018 09:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ