Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İndiyədək ödəməyənlər də vergi ödəməli olacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndiyədək ödəməyənlər də  vergi ödəməli olacaqlar

"İndiyədək demək olar ki, gəlirlərindən vergi ödəməyən müəyyən qrup fəaliyyətlə məşğul olanlar var ki, Vergi Məcəlləsinə yeni təklif olunan 101.6-cı maddəyə görə, 2019-cu ildən həmin şəxslərin ümumi gəlirərindən 2% vergi alınacaq". 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu iqtisadçı ekspert  Rövşən Ağayev Facebook səhifəsində yazıb.

 

Ekspert bildirib ki, həmin kateqroyaya vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslər daxildir. Daha dəqiqi, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsi ilə məşğul olan aşağıdakı şəxslər:

 

1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;


2) əlvan və qara metal qırıntılarının qəbulu;


3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;


4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

"Xeyli çətin görünən prosesdir, vergi ödəyici olmayan şəxslər, ələxüsus Vergi Məcəlləsinin 16-cı maddəsi bu şəxslərə nağd pul hesablaşmaları aparmaq hüququ verib. Belə şəraitdə onlarınn gəlrləri necə müəyyən ediləcək. Digər tərəfdən, onlar xərcləri nəzərə alınmadan gəlirlərindən vergi tutulması nəzərdə tutulur. Halbuki bu fəaliyyətlərin hamısının xərci var. Xüsusilə də fermerlərdən məhsul alaraq bazarlarda satan xırda ticarətçilər şəxsi avtomobilllərinin yanacağı və təmiri üçün xeyli vəsait xərcləyirlər. Eyni vəziyyəti küçə-küçə dolaşaraq metal qırıntılar toplayanlara da aid etmək mümkündür. 


Bu qəbildən olan fəaliyyətlərin gəlirlər əsasında vergiyə cəlbi çox qəliz və mürəkkəb görünür. 


Hamılıqla vergiyə cəlb olunmaq mərhələsi çatıb. Postneft dövrünün ayaq səsləri çox cingiltili gəlir....",- iqtisadçı bildirib.

26.11.2018 07:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ