Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tramp təşəkkür etdi, Səudiyyə hasilatı daha da artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp təşəkkür etdi, Səudiyyə hasilatı daha da artırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bütün dünyada Camal Qaşıqçı cinayəti səbəbilə Səudiyyə Ərəbistanına reaksiyalar davam edərkən, ABŞ Prezident Donald Tramp Səudiyyə Ərəbistanına neft qiymətlərinin düşməsinə kömək göstərdiyinə görə təşəkkür etmişdi. 


"Marja" xəbər verir ki, təşəkkürdən sonra Səudiyyə Ərəbistanı neft hasilatını  daha da artırıb. Səudiyyə Ərəbistanın neft hasilatı gündəlik 11,2 milyon barrelə çıxaraq rekord səviyyəyə yüksəlib. Beləliklə, Səudiyyə Ərəbistanının neft hasilatı 80 il əvvəl ilk neftini çıxarmasından bu yana ən yüksək səviyyəsinə qalxıb.
 

Reklam_3_11

Bu il 86 dollar səviyyələrini görən Brent neft, Trampın təzyiqlərinin də təsiri ilə 58 dollara qədər geriləmişdi. Brent neft bu gün isə 60 dollar civarındadır.

 

TƏŞƏKKÜR ETMİŞDİ

 
Camal Qaşıqçı cinayətinə baxmayaraq Səudiyyə Ərəbistanla əlaqələrini davam etdirəcəyini bildirən ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına təşəkkür də etmişdi. Tramp "Twitter" ilə etdiyi açıqlamada, "Neft qiymətləri düşür. Bu ecazkardır. Sanki Amerika və dünya üçün böyük bir vergi güzəşti kimidir. Kefini çıxarın. Qiymətlər 82 dollardan 54 dollara düşüb. Səudiyyə Ərəbistanına təşəkkürlər. Qiymətləri daha da aşağı salaq" ifadələrini işlətmişdi.

26.11.2018 11:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ