Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq
“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.
Bunu ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.
O bildirib ki, televiziya kanalı artıq fəaliyyətə başlamağa tam olaraq hazırdır.
Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 30 d. əvvəl
-
1 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
1 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl