Şərab ixracında yaranmış problem həll edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərab ixracında yaranmış problem həll edildi

 

Azərbaycan şərablarının Rusiya Federasiyasına ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin və Dövlət  Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiya Federasiyasına ezam olunub.

Reklam_3_11

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə,  Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.

 

Qeyd edək ki, özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının ixrac coğrafiyası genişlənir. Şərablarımız dünyanın bir sıra ölkələrinə, o cümlədən Rusiya Federasiyasına ixrac olunur.

26.11.2018 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ