Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan noğulu xarici bazarlara çıxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan noğulu xarici bazarlara çıxa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın "Can-Pa" qənnadı şirkəti 2019-cu ildə məhsullarının Rusiya, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə ixracını təşkil etmək niyyətindədir.

 

Bu barədə şirkətin marketinq üzrə direktoru Günay Xələfzadə deyib.

 

Onun sözlərinə görə, hazırda "Can-Pa" xaricə mal tədarük etmir, lakin şirkət öz məhsullarının təşviqi və ixrac müqavilələrinin imzalanması üçün sərgilərdə fəal iştirak edir.

 

G.Xələfzadə xatırladıb ki, "Can-Pa"nın məhsulları – rahatluqum, marmelad, draje konfeti, həmçinin noğul Daşkənddə UZPRODEXPO qida sərgisində nümayiş etdirilib:

 

"Özbəkistan bizə yaxın ölkə olduğu üçün bu istiqamətdə ixrac təşkil etmək istəyirik. Biz UZPRODEXPO-nun təşkilatçılarına müraciət edərək 21-23 noyabr tarixlərində keçirilmiş sərgidə öz stendimizi açmışdıq".

 

Marketinq üzrə direktor qeyd edib ki, 2019-cu ildə şirkət yerli istehsalı artırmaq, bununla da Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bazarlarına çıxmaq niyyətindədir:

 

"Şirkətimiz 2018-ci ilin 5-9 fevralında AzPromo-nun dəstəyi ilə Moskvada "Prodekspo" sərgisində iştirak etdi. 2019-cu ilin 17-21 fevralında isə Dubayda 24-cü "Gulfood" sərgisinə qatılmağı planlaşdırır".

 

Onun sözlərinə görə, şirkət Özbəkistana ixrac həyata keçirmək üçün sertifikat alıb, hazırda isə Moskvaya tədarükün təşkili ilə bağlı danışıqlar aparılır.

 

Xatırladaq ki, "Can-Pa" MMC 2003-cü il martın 18-dən fəaliyyət göstərir. Qənnadı şirkəti həm istehsalatla, həm də pərakəndə satışla məşğuldur.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Trend

26.11.2018 17:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ