Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-dan Rusiyaya "beynəlxalq hüququn pozulması" xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan Rusiyaya "beynəlxalq hüququn pozulması" xəbərdarlığı

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi Nümayəndəsi Nikki Haley, "Rusiyanın Ukraynanın Kerç Boğazından qanuni keçidinə mane olması, beynəlxalq hüququ pozur. Bu həyasız aksiya, beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir",- deyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Rusiyanın hərbi gəmilərinin,  Ukraynanın hərbi gəmilərinə atəş açmasının ardından təcili toplantı çağırıb. Toplantının keçirilməsi üçün 15 üzvdən 9-nun iştirakı tələb edilirdi. Lakin 9 ölkənin dəstəyi alınmadığı üçün iclas,"Azov Dənizində Rusiya-Ukrayna gərginliyi" başlığı altında keçirilib.
 

ABŞ-ın BMT Daimi Nümayəndəsi Nikki Haley, İngiltərə, Hollandiya, Polşa və İsveçin adından verdiyi bəyanatda, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.
 

Rusiyanın həftə sonu "çəkinmədən" gərginliyi artırdığını bildirən Haley, Rusiyanın Ukraynanın Kerç Boğazından qanuni keçidinə mane olması, beynəlxalq hüququ pozur. Bu həyasız aksiya, beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir",- deyib.
 

Rusiyanın BMT Daimi Nümayəndəsinin köməkçisi Dmitri Polyanskiy isə Ukraynanı beynəlxalq hüququ pozmaqda günahlandırıb.
 

Polyanskiy, "Bu təxribatın əvvəlcədən planlaşdırdığı çox açıqdır və Qərb dövlətləri dəstəkləyib",- deyib. 

 

RUSİYA UKRAYNAYA NOTA VERİB

 

Rusiya, Kerç boğazında Ukraynanın hərbi gəmiləri ilə Rusiyanın hərbi gəmiləri arasında yaşanan toqquşmaya görə, Ukraynaya nota verib.

 
Xarici işlər Nazirliyindən verilən məlumata görə, Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinsko nazirliyə çağırılıb.

 
Ukrayna hərbi gəmilərinin, 25 Noyabrda, Rusiyanın su sərhədlərində və Qara Dənizdə sülh qaydalarını pozduğu bildirilib və bu səbəbdən Ukraynalı diplomat vasitə ilə bu ölkəyə nota verilib.


Dünən səhər saatlarında Ukraynanın Odessa limanından Mariupol limanına getmək üçün yola çıxan 3 Ukrayna hərbi gəmisinə Kerç boğazı yaxınlığında Rusiyanın hərbi gəmiləri müdaxilə etmişdi.

27.11.2018 04:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ