Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda 5 bankın depozit portfeli azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 5 bankın depozit portfeli azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda  fəaliyyət göstərən 30 bankdan 5-nin depozit portfeli illik müqayisədə azalıb.

 

Reklam_3_11

Bunlar "Azər-Türk Bank", "Nikoyl Bank", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (42,3%), ən az azalma isə "Azər-Türk Bank"da (5,9%) qeydə alınıb.

 

Qalan 25 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (3,2 dəfə), ən az artım isə "Turan Bank"da (0,6%) baş verib. 

 

4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

 

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 415,595 milyon manat), "PAŞA Bank" (3 623,739 milyon manat), "Kapital Bank" (2 674,82 milyon manat) və "Xalq Bank"dır (1 197,896 milyon manat).

 

Qalan 26 bankdan 2-nin depozit portfeli 0,5 - 1 milyard manat arasında, 17 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 5 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 2 bankın - Pakistan və İran Milli Banklarının Bakı filiallarının depozit portfeli isə 10 milyon manatdan da, müvafiq olaraq 8,686 milyon manat və 490 min manatdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

27.11.2018 05:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ