Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft, güclü dollar ilə əlaqədar ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, güclü dollar ilə əlaqədar ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft, ABŞ Mərkəzi Bankı Fed-in faizi artırmasından sonra Dolların bahalaşması ilə əlaqədar olaraq ucuzlaşıb. "Marja" xəbər verir ki, Dolların bahalşaması, ABŞ-da neft ehtiyatlarının ardıcıl dördüncü həftə azalmasının neft qiymətlərinə müsbət təsirinə imkan verməyib.

 

Neft qiymətləri təxminən 4%-ə yaxın aşağı düşüb.

 

Dollar, Fedin faiz artırmasından sonra bahalaşmaqda davam edib və bunun nəticəsində dollar ilə satılan  əmtəələrin cazibəsi azalıb.

 

ABŞ-da rəsmi məlumatlara görə, xam neft ehtiyatları ötən həftə 2.56 milyon barrel azalıb və buna bağlı olaraq 30 ildən artıq müddətin ən yüksək səviyyəsində olan cəmi ehtiyatlar da geriləyib.

 

Neft, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və birliyə daxil olmayan bir sıra ölkələrin hasilatı azaldacaqları qərarları ilə əlaqədar olaraq bahalaşmışdı.

 

Qərbi Texas nefti (WTI) Nymex birjasında  50.84 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 53.82 dollara enib. Neftin qiyməti Bazar ertəsi OPEC-ə daxil olmayan ölkələrin də hasilatlarını azaldacaqlarına qərar vermələrindən sonra 57 dolları keçmişdi.

15.12.2016 04:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ