Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yarmarkalarda 4,1 min şəxsə vakant iş yerlərinə göndəriş verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yarmarkalarda 4,1 min şəxsə vakant iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən cari ilin ötən dövründə ölkəmizin 56 rayon və şəhərində əmək yarmarkaları keçirilib.

 

Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara onların yaşadıqları ərazilərdəki müəssisələrdən vakant iş yerləri təklif edilib. 4,1 min şəxsə seçdikləri və əmək bacarıqlarına uyğun olan vakant iş yerlərinə göndəriş verilib. Bu günədək onlardan artıq 85 faizi həmin göndərişlər əsasında uyğun işlə təmin olunublar. Göndərişlər əsasında məşğulluğu təmin olunanların bir hissəsini sosial müdafiəyə xüsusi ehtiyacı olan  və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil edib.

 

Əmək yarmarkaları zamanı 209 nəfər ödənişli ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapmaqda çətinlik çəkən 276 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata götürülüb.

27.11.2018 06:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ