Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək"

"Societe General"ın strateqlərinə görə Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək.
 

"Marja" xəbər verir ki, "Societe General" strateqlərinin yazdığı bir hesabata görə, ABŞ Mərkəzi Bankının (Fed) Dekabr ayında faiz artırması "qəti olmaqdan uzaq"dır. Hesabatda, 2019-un ilk yarısında Fed-in daha iki dəfə faiz artıracağı və sonra ilin qalanında fasilə verəcəyi qeyd olunub.
 

Hesabatda, Fed-in faiz artırmağı dayandıracağı ilə bağlı olaraq ABŞ-da təsiri azalan maliyyə təşviqlərinə və   iqtisadi artımın yavaşlayacağına işarə edilib.
 

Hesabatda, "2019 böyük bir ehtimalla bizi faiz artırımının sonuna bir addım da yaxınlaşdıracaqdır" deyilir 
və ABŞ iqtisadiyyatının yəqin ki, 2020-nin ilk yarısında durğunluğa girəcəyi qeyd edilib. 
 

Məşğulluğun 2019-da yaxşılaşması ilə birlikdə artan maaşların şirkətlərin gəlir marjalarına təzyiq göstərəcəyi və bunun iqtisadiyyatın artmasının yavaşlamasına səbəb olacağını qeyd edən "Socgen" strateqləri, Fed-in 2019-da faizin 3%-ə çatmasının ardından dayanacağını gözləyir.

27.11.2018 11:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ