Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Pambıq təhvilindəki son vəziyyət açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambıq təhvilindəki son vəziyyət açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir. Noyabrın 27-nə olan məlumata görə, pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib. Pambıq yığımı davam edir.

 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çox pambıq tədarük olunub.

 

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.

 

Marja respublikada pambıq tədarükünə dair noyabrın 27-nə olan operativ məlumatı təqdim edir.

27.11.2018 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ