Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bu islahatla qeyri-rəsmi məşğulluq azalacaq, əhalinin kreditlərə çıxış imkanları genişlənəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu islahatla qeyri-rəsmi məşğulluq azalacaq, əhalinin kreditlərə çıxış imkanları genişlənəcək"

Milli Məclis gəlir vergisi və sosial sığorta ayırmaları sistemində islahatları I oxunuşda dəstəkləyib


 

Reklam_3_11

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə 2019-cu ildən etibarən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin, eləcə də sosial sığorta ayırmalarının tutulması sistemində əhəmiyyətli dəyişikliklərin edilməsini nəzərdə tutan layihə I oxunuşda qəbul edilib.

 

"Məqsədimiz vergitutma bazasının vergi yükü hesabına deyil, kölgə iqtisadiyyatının payının azaldılması hesabına genişləndirilməsidir. Bu, eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələlərinin həllinə də aiddir", - deyə vergilər naziri Mikayıl Cabbarov Məcəlləyə dəyişiklikləri şərh edərək bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda qeyri-rəsmi məşğulluq problemi mövcuddur. "Cari ilin 10 ayı ərzində Vergilər Nazirliyi tərəfindən sahibkarların əməkdaşlarla əmək müqaviləsi bağlamaması faktı üzrə 15 cinayət işi başlanıb. Lakin bu məsələni təkcə inzibati tədbirlərlə həll etmək mümkün deyil, təşviqedici mexanizmlər lazımdır. Buna görə biz qeyri-dövlət (qeyri-neft-qaz) sektorunda işləyən muzdlu işçilərdən gəlir vergisinin, eləcə də sosial sığorta ayırmalarının tutulması sahəsində islahat aparmağı təklif edirik", - deyə nazir qeyd edib.

 

"Biz ümid edirik ki, bu islahat bir sıra müsbət nəticələrə gətirib çıxaracaq. Xüsusilə qeyri-rəsmi məşğulluğun sayı azalacaq, əhalinin bank kreditlərinə çıxış imkanları genişlənəcək, nəticədə bankların aktivləri artacaq ki, bu da ölkə üzrə ÜDM-nin həcminin artmasına müsbət təsir göstərəcək. Həmçinin icbari sosial sığorta ayırmaları üzrə daxilolmalar artacaq, iqtisadiyyatda nağdsız hesablaşmaların payı yüksələcək», - deyə M.Cabbarov əlavə edib.

 

2019-cu il dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmalar 880 mln. manat məbləğində nəzərdə tutulub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

27.11.2018 12:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ