Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan aviaşirkəti parkına daha bir “Boeing” əlavə etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan aviaşirkəti parkına daha bir “Boeing” əlavə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”-in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olmuşdur.

 

Bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir.

 

Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

 

"Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.

 

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir",- “Silk Way” şirkətindən "Marja"ya bildirilib.

27.11.2018 12:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ