Ən yuxarı statik reklam_3

Vergilər Nazirliyindən "xidməti müqavilə" barədə - RƏSMİ AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyindən "xidməti müqavilə" barədə - RƏSMİ AÇIQLAMA

Son günlər kütləvi informasiya vasitələrində vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsində nəzərdə tutulan bəzi müddəaların şərhi zamanı müəyyən suallar ortaya çıxmışdır. Bu xüsusilə, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərlə bağlıdır.

 

Reklam_3_11

Vergilər Nazirliyi KİV-dən daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bildirir ki, qanunvericilik layihəsində mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərin sosial sığorta haqlarının aşağıdakı qaydada tutulması təklif edilib:
 
Mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslər üzrə: 


gəlirlərindən ödəmə mənbəyində 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Vergi orqanlarına uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməmişdir.

 

Sosial sığorta haqlarının bu qaydada tutulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilmir.
 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə:


sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları hesablanması nəzərdə tutulub.


Bu kateqoriyaya vergi orqanlarında uçota duraraq sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyiciləri aiddir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər mülki-hüquqi xarakterli müqavilələr əsasında fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq onların sosial sığorta haqları üzrə öhdəlikləri minimum əmək haqqının faiz nisbəti ilə müəyyən edilir.

27.11.2018 15:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ