Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Minlərlə sürücü avtomobili öz adına keçirtməyə məcbur qala bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Minlərlə sürücü avtomobili öz adına keçirtməyə məcbur qala bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qala Sığorta” şirkəti avtomobillərin icbari sığortası üzrə təkliflə çıxış edib. Şirkətin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, təklifə əsasən, icbari sığorta müqaviləsi yalnız avtomobilin sahibinin, yəni avtomobilin texniki pasportunda adı keçən şəxsin adına yazılmalıdır. Əgər bu təklif qəbul edilərsə, avtomobili etibarnamə ilə idarə edən sürücülər icbari sığortanı əldə etmək üçün avtomobilin sahibini tapmalı olacaqlar. Reallıqda isə, bu o qədər də asan məsələ deyil.

 

Təklifə əsasən, avtomobili etibarnamə ilə idarə edən şəxslər qəza törətsələr də sığorta şirkəti zərəri qarşılayacaqdır. Bu zaman Bonus-Malus balları avtomobilin sahibinin adına yazılacaq.

 

Hazırda Azərbaycanda təkrar bazarda avtomobillərin böyük hissəsi etibarnamə ilə alınıb-satılır.

 

"Marja"nın məlumatına görə, ekspertlər bildirirlər ki, bu təklif hər kəsin avtomobili öz adına rəsmilşədirməyə məcbur etməyə xidmət edə bilər. Eyni zamanda, bu təklif reallaşsa adına avtomobili etibarnamə ilə satan şəxslər icbari sığortanı daha baha əldə etməli olacaqlar. Təklif qəbul edilərsə, etibarnamə ilə avtomobil satmağa və almağa da maraq azala bilər. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

“Tutaq ki, Məmmədin adına 5 avtomobil var və hamısını etibarnamə ilə satıb. Avtomobili etibarnamə ilə avtomobili alan 5 nəfər icbari sığortanı Məmmədin adına yazdırmalıdır. Bir müddət sonra bu 5 sürücünün 3-ü qəza edir. Bu halda, Bonus-Malus ballarına görə, Məmməd öz avtomobilinin icbari sığortası üçün 100 manat əvəzinə, 250 manat ödəməli olacaqdır. Və ya Məmməd 5 avtomobilini sataraq Almaniyaya gedib. Belə olan halda avtomobili etibarnamə ilə alanlar icbari sığortanı əldə edə bilməyəcəklər. Çünki Məmməd Almaniyada yaşayır. Nəticədə də İcbari sığorta olmadığından Yol Polisi cərimə yazacaqdır. İcbari sığorta bazarında müəyyən bir etimad yarandığı bir dövrdə belə bir qərar eimadsızlığın artmasına gətirib çıxarda bilər”, - təklifə münasibət bildirən Mobil Sığorta Xidməti bildirib.

 

Təklif edilir ki, avtomobilin özəlləşdirilməsi proseduru tam sadələşdirildikdən sonra bu təklif tətbiq edilə bilər.

28.11.2018 04:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ