Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

9 ayda 40 korporativ istiqraz buraxılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 ayda 40 korporativ istiqraz buraxılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası 12 milyon 269 min manat dəyərində 141 qiymətli kağızı dövlət qeydiyyatına alıb. 

 

Reklam_3_11

Bunun 961 milyon manatlıq hissəsi (59 ədədi) yeni səhmlərdir. 

 

9 ay ərzində kredit təşkilatları 560 milyon manatlıq (11 ədəd), sığorta şirkətləri 51 milyon manatlıq (2 ədəd), digər təşkilatlar isə 350 milyon manatlıq (44 ədəd) səhmi qeydiyyatdan keçirib. 

 

Bundan başqa, hesabat dövründə 979 milyon manatlıq 40 korporativ istiqraz buraxılıb. Bunun 108 milyon manatlıq hissəsi (25 ədədi) kredit təşkilatlarına, 871 milyon manatlıq hissəsi (15 ədədi) isə digər təşkilatlara məxsus olub. Sığorta şirkətlərindən isə istiqrazı qeydiyyatdan keçən olmayıb. 

 

Yanvar-sentyabr aylarında 9 milyard 978 milyon manatlıq (40 ədəd) dövlət qiymətli kağızları, o cümlədən Maliyyə Nazirliyinə məxsus 1 milyard 178 milyon manatlıq  istiqraz və Azərbaycan Mərkəzi Bankına məxsus 8 milyard 800 milyon manatlıq (37 ədəd) istiqraz, eləcə də 351 milyon manatlıq 4 veksel, o cümlədən Maliyyə Nazirliyinə məxsus 350 milyon manatlıq (3 ədəd) və digər təşkilatlara məxsus 1 milyon manatlıq (1 ədəd) veksel dövlət qeydiyyatına alınıb.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Renkinq

28.11.2018 05:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ