Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Həyat sığortası, qeyri-həyatdan 6 dəfə sürətli artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həyat sığortası, qeyri-həyatdan 6 dəfə sürətli artıb

Azərbaycanda həyat sığortası 72%, qeyri-həyat sığortası isə 12% artıb


 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 286,57 milyon manat sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 71,6% çoxdur.

 

10 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 330,601 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,8% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 7,4% azalaraq 89,141 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 7,8% artaraq 116,819 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-oktyabrında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 35,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-oktyabrında müvafiq olaraq 57,65 manat və 36,65 manat olub. 

 

Könüllü sığorta 47%, icbari sığorta isə 7% artıb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 450,761 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 47% çoxdur.

 

10 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 7,1% artaraq 166,409 milyon manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 149,742 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,8% azdır. Ötən 10 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 22,9% artaraq 56,219 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-oktyabrında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-oktyabrında 51,7 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29,4 manatdan 33,8 manata qalxıb.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Renkinq 

28.11.2018 05:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ