Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sığortaçı: Azərbaycanda turistlərin sığortasını icbariləşdirmək məqsədəuyğundur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortaçı: Azərbaycanda turistlərin sığortasını icbariləşdirmək məqsədəuyğundur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov sığorta qanunvericiliyində, o cümlədən icbari sığortanın tənzimlənməsində dəyişikliklər gözləyir.

 

"Biz sığorta qanunvericiliyində, xüsusilə “İcbari sığorta haqqında” qanunda əsaslı dəyişikliklər gözləyirik. Məsələ bundadır ki, icbari sığortaya daha yüksək səviyyədə nəzarətə ehtiyac var. Bu, sığorta şirkətləri tərəfindən həyata keçirilən satışlara nəzarətə, eləcə də elektron sistemin tam inteqrasiyasına aiddir", - deyə o, bu gün jurnalistlərə bildirib.

 

T.Yunsurovun sözlərinə görə, gözlənilən digər dəyişiklik turistlərin sığortalanmasına aiddir. "Biz təkliflər hazırlamışıq. Bu təkliflər turistlərin sığortasının icbariləşdirilməsini nəzərdə tutur. Bu, sözügedən sığorta növünü inkişaf etdirməyə və sığorta yığımlarının həcmini artırmağa imkan verəcək", - deyə müavin qeyd edib.

 

Hazırda könüllü sığorta növünə aid olan turistlərin sığortası üzrə yığımlar kifayət qədər azdır. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə yığımlar 3 mln. 61,1 min manat, ödənişlər 603,3 min manat təşkil edib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© İnterfaks-Azərbaycan

28.11.2018 06:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ