Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Rusiyadan çayımızın hamısını almaq istədilər, şirkətimiz təklifdən imtina etdi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rusiyadan çayımızın hamısını almaq istədilər, şirkətimiz təklifdən imtina etdi"

Lənkəran çayı ən bahalı çay seqmentinə daxil olan məhsulunu xaricə iki min manata satır.

 

Reklam_3_11

Bu barədə “Yaşıl çay” MMC-nin rəhbəri Araz Yaqubov jurnalistlərə açıqlamasında məlumat verib. 

 

Onun sözlərinə görə, şirkət 2006-cı ildə yaradılıb və 70 hektarda əkin aparılıb. Bunun 10 hektarında çay plantasiyası salınıb, digər ərazilərdə isə sitrus bitkiləri və taxıl becərilir. Regionda çayçılığın inkişafı üçün ciddi işlər görüldüyünü deyən fermer yığılan çay yarpaqlarının emal edilməsi üçün mini emal sexinin də fəaliyyət göstərdiyini bildirib.
 

“Çalışırıq ki, məhsulumuzu burada emal edib hazır məhsul halında bazara çıxaraq. Çayın satışına gəlincə, ilk növbədə Azərbaycan vətəndaşlarını orqanik çay məhsulları ilə təmin etməyi düşünürük, çünki daxili bazarda çaya tələbat yüksəkdir.

 

Biz 2012-ci ildə Kolxida çay sortunu əkmişik. Bu il hər hektardan ton yarım çay götürmüşük, plantasiyanın 12 yaşında isə hər hektardan 10 ton çay yığacağıq. Bu zaman ixrac istiqamətində daha ciddi düşünəcəyik”. 

 

A.Yaqubov onu da vurğulayıb ki, Lənkəran çayının tərkibinin yüksək keyfiyyət göstəriciləri artıq çayın müştəri tapmasına səbəb olub. Belə ki, Rusiyanın ən böyük ticarət şəbəkələrindən biri istehsal edilən çayın hamısını almaq istədiyini bildirib, lakin şirkət təklifdən imtina edib. 

 

“Çayçılıq haqqında dövlət proqramına uyğun olaraq, biz 2027-ci ildə artıq çay plantasiyasını 120 hektara çatdıracağıq. Hazırda yapon texnologiyası əsasında çay əkirik. Ailə üzvlərimizlə birlikdə 100 nəfərədək işçimiz var. Onlardan 70-i qadındır. Bilirsiniz ki, qadının işləməsi onun ailədə bərabərhüquqlu üzv olması deməkdir. Çay əmək tutumlu bir sahədir və burada ilin 12 ayı işləmək lazımdır”. 

 

Çayın qiyməti ilə bağlı fermerin açıqladığı rəqəmlər isə daha böyük şok yaradıb. Təsərrüfat sahibi deyib ki, yerli bazara çıxarılan çayın kiloqramı 8 manatdan 100 manata qədər qalxır. Elə çay növləri də var ki, onun qiyməti daha bahadır. 

 

“Bahalı çayı səhər saat 06:00-da günəş doğmamış, bir saat ərzində yığırıq və xüsusi texnologiya ilə hazırlayırıq. Bu çay çox məhdud miqdardadır və onun qiyməti 500 manatdan iki min manat arasında dəyişir. Bu çaylar Avropa bazarına çıxarılır”.

 

Lənkəran çayını ən baha alan isə ərəb ölkələridir. Çayın tərkibinin orqanik olması və keyfiyyətinin yüksək olduğunu analiz etdirəndən sonra ərəblər çaya müştəri çıxıblar. 

 

Tezliklə, “Yaşıl çay” MMC-nin yaşıl çay istehsal etmısi də gözlənilir, çünki bunun üçün lazımi avadanlıq alınıb. 

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Oxu

28.11.2018 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ