Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tikinti şirkətinin sahibinə qarşı mülki iddia qaldırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti şirkətinin sahibinə qarşı mülki iddia qaldırılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov mülki iddia qaldırıb.

 

O, 162 min 400 dollar maddi ziyanın və 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

 

Məhkəmə mülki iddianı icraata götürüb.

 

Daha sonra vəkil X.İmanov vəsatət qaldırıb. O, S.İbrahimovun barəsində seçilmiş ev dustağı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini tələb edib.

 

Vəsatət təmin edilməyib.

 

Məhkəmənin baxış iclası dekabrın 5-nə təyin olunub.

 

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

 

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

 

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

 

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

 

© Report

28.11.2018 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ