Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səhiyyə Nazirliyi dərmanın keyfiyyəti ilə bağlı yayılan məlumata münasibət bildirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhiyyə Nazirliyi dərmanın keyfiyyəti ilə bağlı yayılan məlumata münasibət bildirdi

 Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən “whatsapp”da əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan məlumatlara münasibət bildirib.

 

Reklam_3_11

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

 

Bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib: "Belə ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)".

 

Nazirlikdən qeyd olunub ki, son günlərdə sosial şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir: "Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və.s. yayılır.

 

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb".

28.11.2018 09:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ