Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

66 min ton ixrac edib, 88 min ton xaricdən almışıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
66 min ton ixrac edib, 88 min ton xaricdən almışıq

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 29 mln. 602,14 min dollar məbləğində kartof ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

 

“Yanvar-sentyabr aylarında Azərbaycan 29 mln. 602,14 min dollar məbləğində 66 min 503 ton kartof ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixrac həcmi 15,5%, ümumi ifadədə 14,7% artıb”, - hökumətdən qeyd ediblər.

 

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2018-ci ilin 9 ayı ərzində Rusiyaya 28 mln. 839,48 min dollar (аrtım 12,4%) 64 min 366 ton (artım 12,7%) kartof ixrac olunub.

 

ƏN ÇOX İRANDAN KARTOF ALMIŞIQ

 

Cari ilin 9 ayı ərzində Azərbaycan 22,049 mln. dollar (аrtım 14,2%) məbləğində 88 min 165 ton kartof (azalma 7,75%) idxal edib.

 

Azərbaycana əsas kartof tədarükçüləri Türkiyə və İran olub. Yanvar-sentyabr aylarında Türkiyədən 8 mln. 799,3 min dollar məbləğində 26 min 283 ton kartof gətirilib. İrandan 9 mln. 599,75 min  dollar məbləğində kartof tədarükünün həcmi 51 min 806 ton təşkil edib.

 

Hesabat dövrü ərzində Azərbaycan Rusiyadan 117 min dollar məbləğində 492,19 ton kartof idxal edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

28.11.2018 11:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ